FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə könüllü gənclərin iştirakı ilə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətraf ərazilərində ekoloji təmizlik aksiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində ərazi məişət tullantılarından təmizlənib, səliqə-sahman işləri aparılıb. Bununla da gənclər ətraf mühitin qorunmasına həssas yanaşdıqlarını və ekoloji dəyərlərə olan hörmətlərini nümayiş etdiriblər.
Təşkilatçı qurumların əməkdaşlarından Valeh Mahmudov və Şükufə Həsənova çıxış edərək günün mahiyyəti və gənclərin ekoloji fəallığı ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, hər il 5 iyunda qeyd olunan Ümumdünya Ətraf Mühit Gününün əsas məqsədi ekoloji problemlərə diqqətin artırılması və cəmiyyətdə ekoloji şüurun formalaşdırılmasıdır.
Könüllülərin ətraf mühitin mühafizəsində mühüm rol oynadığı vurğulanıb. Gənclərin ekoloji layihələrdə fəal iştirakı onların sosial məsuliyyətinin və vətənpərvərlik hisslərinin göstəricisi kimi qiymətləndirilib, aksiya iştirakçılarına təşəkkür edilərək onların gələcək təşəbbüslərdə də fəal iştirak edəcəklərinə inam ifadə olunub.
Aksiya zamanı “Təbiəti dəyişmə, özünü dəyiş!”, “Təmiz təbiət, sağlam həyat!”, “Təbiəti birgə qoruyaq!” şüarları əks olunan bayraqlar nümayiş etdirilib. Könüllülər tərəfindən ərazidə təmizlik işləri aparılıb, iştirakçılar ətraf mühitin qorunmasına dair maarifləndirici çağırışlar səsləndiriblər. Sonda xatirə şəkli çəkdirilib.
Digər xəbərlər