NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

...

Azərbaycan Müdafiə Nazirliyi ilə Litva Milli Müdafiə Nazirliyi arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Müdafiə Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilən görüşdə təhsil prosesində beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara təhsil ocağının tarixi, fəaliyyət istiqaməti, tədris prosesində tətbiq edilən yeniliklər və digər məsələlər haqqında brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, mayın 15-dək ölkəmizdə səfərdə olacaq litva nümayəndə heyətinin Quru Qoşunlarının hərbi hissəsinə ziyarəti, Laçın, Xankəndi və Şuşa şəhərlərinə, eləcə də, paytaxta mədəni gəzinti proqramı planlaşdırılır.

Nəşr edilib : 11.05.2026 19:06