NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Mayın 10-da keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

...

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə 2026-cı il mayın 10-da keçirilən sınaq imtahanının nəticələri elan edilib.

DİM-dən verilən xəbərə görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəşr edilib : 22.05.2026 17:31