NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Məhkum valideynlərlə uşaqların görüşü keçirilib

...

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə onların uşaqlarının görüşü təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov və Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ramin Əsgərov çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycanda uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı daim diqqət mərkəzində saxlanılır. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bayram proqramı çərçivəsində uşaqlar üçün əyləncəli proqram nümayiş etdirilib, müxtəlif oyunlar təşkil olunub, musiqi nömrələri səsləndirilib. Tədbirin əsas iştirakçıları olan uşaqlar xoş və unudulmaz anlar yaşayıblar.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.

Tədbirin keçirilməsində əsas məqsəd məhkum valideynlərlə uşaqlar arasında ailə bağlarının möhkəmləndirilməsi, uşaqlara bayram sevinci yaşadılması və onların mənəvi-psixoloji dəstəklənməsinə töhfə vermək olub.

Nəşr edilib : 01.06.2026 16:56