Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri i...
19:01 15.05.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, mayın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə eyni adlı səhnəciklərin nümayişi müsabiqəsi keçirilib. Tədbirdə muxtar respublikanın müxtəlif bölgələrindən 18 səhnəcik təqdim olunub. Səhnələrdə xalqımızın adət-ənənələri, inancları, rəvayət və dastanları canlandırılıb. Münsiflər heyəti çıxışları məzmun və səhnə mədəniyyəti baxımından dəyərləndirib.
1-ci yer:
Dırnıs, Unus, Biləv, Tivi, Bist Kənd Mədəniyyət evləri (Ordubad)
Kırna Kənd Mədəniyyət Evi (Culfa)
Pəzməri və Kələki Kənd klubları (Ordubad)
2-ci yer:
3 nömrəli Mədəniyyət Evi (Naxçıvan şəhəri)
Babək və Şahbuz Rayon Mədəniyyət sarayları
3-cü yer:
Qaraçuq Kənd Mədəniyyət Evi (Naxçıvan şəhəri)
Düylün, Üstüpü, Aşağı Əndəmic Kənd Mədəniyyət evləri (Ordubad)
Dəmirçi Kənd Mədəniyyət Evi (Sədərək)
Yuxarı Əndəmic Kənd və Ordubad Şəhər klubları (Ordubad)
Fəxri fərmanla təltif olunanlar:
Kırna və Milax Kənd Mədəniyyət evləri (Culfa)
Bu müsabiqə bir daha göstərdi ki, mədəniyyət ocaqları milli kimliyimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Digər xəbərlər