NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq

...

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

"Şərq qapısı"nın xəbərinə görə, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.

Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Nəşr edilib : 26.05.2026 10:39