NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

...

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Belqrad şəhərinin Nikola Tesla beynəlxalq hava limanında Sahibə Qafarovanı Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Nəşr edilib : 01.06.2026 17:46