NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir

...

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana səfər edib.

"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Çikovani ilə görüşəcək.

General-polkovnik Zakir Həsənovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

Müdafiə Naziri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini və Gürcüstanın Qəhrəmanlar Meydanındakı memorialı ziyarət edəcək.

Nəşr edilib : 01.06.2026 10:24