NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Muxtar respublikada 178 milyon 272 min 100 manatlıq sənaye məhsulu istehsal edilib

...

Cari ilin yanvar-aprel aylarında muxtar respublikada 178 milyon 272 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 13,9 faiz çoxdur. 

Sənaye məhsulunun 152 milyon 237 min 700 manatı və ya 85,4 faizi malların, 26 milyon 34 min 400 manatı və ya 14,6 faizi isə xidmətlərin payına düşüb. Sənaye məhsulunun 80,9 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Nəşr edilib : 15.05.2026 14:23