NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Muxtar respublikanın bir sıra ərazilərində elektrik enerjisi təchizatı dayandırılacaq

...

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Naxçıvan Enerji” MMC ilə razılaşdırılmış sifarişinə əsasən yenidənqurma və təmir işləri aparılacaq.

RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, bununla əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad qəsəbəsi, S.Vurğun, Şəhriyar, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Enerji təchizatında fasilə sabah saat 02:00-dan 04:00-dək müddəti əhatə edəcək.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Nəşr edilib : 26.05.2026 18:29