FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan avtobus parkının ərazisində təmir-bərpa işləri həyata keçirilir.
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, aparılan işlər çərçivəsində deformasiyaya uğramış köhnə asfalt-beton örtüyü frezlənərək ərazidən kənarlaşdırılır. Daha sonra səthin hamarlanması və hərəkətin əlverişli vəziyyətə gətirilməsi məqsədilə yeni asfalt-beton örtüyünün verilməsi işləri icra olunur.
Görülən tədbirlər nəticəsində avtobus parkının ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və rahat hərəkəti təmin olunacaqdır.
Təmir-bərpa işlərinin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulur.
Digər xəbərlər