FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında 27 ildən artıq fəaliyyət göstərən, gənc yaşlarından etibarən 100-dən artıq yaddaqalan obraza həyat verən, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, peşəkar aktrisa Ulduz Süleymanova vəfat edib.
"Şərq qapısı" xəbər verir ki, Ulduz Süleymanova uzun illər səhnədə yaratdığı dolğun və rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanıb, teatr sənətinin inkişafına öz dəyərli töhfələrini verib. Onun səhnə mədəniyyəti, sənətə olan bağlılığı və peşəkarlığı həmkarları və yetişən gənc aktyorlar üçün hər zaman örnək olub.
Sənətkarın əziz xatirəsi onu tanıyanların və teatr ictimaiyyətinin qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.
Digər xəbərlər