NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetindən beynəlxalq uğur: QS Stars qiymətləndirməsində 4 kateqoriya üzrə 5 ulduz

...

Naxçıvan Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd əsas istiqamət üzrə 5 ulduz (mükəmməl) ilə qiymətləndirilib.
"Şərq qapısı" xəbər verir ki, qiymətləndirmənin nəticələrinə əsasən universitet aşağıdakı kateqoriyalar üzrə ən yüksək göstəriciyə layiq görülüb:
Teaching (Tədris) – 5 ulduz: universitetdə tələbəyönümlü, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun tədris mühitinin formalaşdırılması beynəlxalq səviyyədə təsdiqlənib. Tədrisin effektivliyi, tələbə məmnunluğu və akademik inkişaf göstəriciləri yüksək qiymətləndirilib.
Facilities (İnfrastruktur və imkanlar) – 5 ulduz:
müasir kampus infrastrukturu, tələbələr üçün yaradılmış komfortlu və təhlükəsiz mühit, zəngin kitabxana resursları və sosial imkanlar universitetin yüksək standartlara malik olduğunu nümayiş etdirib.
Employability (Məşğulluq) – 5 ulduz:
məzunların əmək bazarına uğurlu inteqrasiyası, karyera inkişafına dəstək mexanizmləri və iş dünyası ilə qurulan səmərəli əməkdaşlıq əlaqələri QS Stars tərəfindən yüksək dəyərləndirilib.
Good Governance (Yaxşı idarəetmə) – 5 ulduz:
şəffaflıq, strateji idarəetmə və davamlı inkişaf prinsiplərinə əsaslanan institusional fəaliyyət modeli beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
Əldə olunan bu nəticə Naxçıvan Dövlət Universitetinin keyfiyyətli təhsil, müasir idarəetmə və beynəlxalq standartlara uyğun inkişaf strategiyasının uğurla həyata keçirildiyini və qlobal ali təhsil məkanında mövqeyinin daha da möhkəmləndiyini bir daha təsdiqləyir.

Nəşr edilib : 01.06.2026 16:54