NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvan kikboksçuları Bakıda keçirilən turniri uğurla tamamlayıblar

...

Hövsan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.
"Şərq qapısı" xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 28 klubdan, ümumilikdə, 300-dən çox idmançı iştirak edib.
Yarışda Naxçıvanın “Ləvənt Bulut” döyüş klubundan baş məşqçi Etibar Qəribovun rəhbərliyi ilə 6 idmançı qüvvəsini sınayıb. Turnirin qala gecəsində “low-kick” və “K1” növləri üzrə çıxış edən klub idmançıları uğur qazanıblar. Müvafiq növ və çəki kateqoriyasında mübarizə aparan Yusif Qəribli (71 kq), Nurlan Yasinli (70 kq), İbrahim Bağırlı (57 kq), Hüseyn Behbudov (37 kq), Nicat Quliyev (26 kq) və Samir Əliyev (26 kq) qala gecəsinin qalibi qismində kuboka layiq görülüblər.
 Tədbir Milli Qəhrəman Asif Məhərrəmovun xatirəsinin əbədiləşdirilməsi, gənclər arasında vətənpərvərlik ruhunun təbliği və ölkəmizdə kikboksinq idman növünün inkişafına dəstək məqsədi daşıyıb.

Nəşr edilib : 02.06.2026 16:41