Azərbaycan-Belarus biznes forumunda 19 milyon doll...
22:43 05.05.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Dövlət Universiteti ilə birgə “Konstitusiya Marafonu” layihəsinə start verir.
Layihə çərçivəsində universitetin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə onların konstitusion biliklərini yoxlayan yarışlar, debat, məhkəmə simulyasiyası, konstitusiya normalarının tətbiqi üzrə səhnələşdirmə ilə yanaşı, tələbələrin hakimlərlə görüşləri, sual-cavab və panel müzakirələr həyata keçiriləcək.
Layihənin açılış mərasimi 6 may 2025-ci ildə Naxçıvan Dövlət Universitetində baş tutacaq.
Naxçıvan Muxtar Respublikası
Ali Məhkəməsinin mətbuat xidməti
Digər xəbərlər