NAXÇIVAN :

06 May 2025, Çərşənbə axşamı

Naxçıvan şəhərində avtomobillə motosiklet toqquşub, xəsarət alan var

...

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Qəza zamanı 75-BA-594 dövlət nömrə nişanlı "Oka" markalı avtomobillə 67-A-377 dövlət nömrə nişanlı motosiklet toqquşub. Hadisədə xəsarət alan motosikletin sürücüsü Babək rayon, Zeynəddin kənd sakini 1993-cü il təvəllüdlü Əliyev Elnur Ayaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. 
Hadisə yerinə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.05.2025 14:23