NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

...

İyunun 5-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, bununla əlaqədar olaraq 110/35/10 kV-luq Naxçıvan yarımstansiyasından çıxan 10 kV-luq 5 və 18 nömrəli hava elektrik xətlərində enerji verilişi müvəqqəti dayandırılacaq.
Məqsəd yenidənqurma işləri çərçivəsində mövcud yerüstü elektrik xətlərinin yeraltı kabel xətləri ilə əvəz edilməsi, eləcə də vətəndaşların yaşayış evlərinin yaxınlığından keçən və mühafizə zonasına düşən xətlərin təhlükəsizliyinin təmin olunmasıdır.
Bu səbəbdən şəhərin Heydər Əliyev prospektində, Vüqar Qasımov və Afiyəddin Cəlilov küçələrində sabah saat 13:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Nəşr edilib : 04.06.2026 20:30