NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda 3300 hektardan çox sahədə yazlıq əkin aparılıb

...

Naxçıvanda 2026-cı il mayın 1-nə olan məlumata əsasən 3326,5  hektar sahədə yazlıq əkin həyata keçirilib. 

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, əkilən sahələrin 1208,7 hektarını dənli və dənli-paxlalı bitkilər, 384,8 hektarını dən üçün qarğıdalı, 0,8 hektarını sarıçiçək, 14 hektarını tütün, 580,8 hektarını kartof, 116,9 hektarını tərəvəz, 159,1 hektarını bostan bitkiləri, 861,4 hektarını isə yemlik bitkilər təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlərin sahəsində 14,1 faiz artım qeydə alınıb. Bu muxtar respublikada əkinə marağın yüksəldiyini, kənd təsərrüfatı istehsalının genişləndirilməsi istiqamətində görülən tədbirlərin effektiv nəticə verdiyini göstərir.

Nəşr edilib : 22.05.2026 12:13