NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda 41 mindən çox nişansız tütün məmulatları qanunsuz dövriyyədən çıxarılıb

...

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda məcburi nişanlanma ilə nişanlanmayan siqaretlər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

"Şərq qapısı" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əməliyyat-axtarış tədbirləri zamanı Naxçıvan şəhər sakinindən 41 220 ədəd məcburi nişanlanma ilə nişanlanmayan müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 26.05.2026 11:41