NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistralının Babək rayonu, Şıxmahmud kəndi ərazisindən keçən hissəsində baş verib. 67-BN-532 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-AC-024 dövlət nömrə nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar – Vəliyev Bəylər Eldəniz oğlu, Abbasov Abbas Rəsul oğlu və Hənifəyeva Yaqut Elsevər qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 03.06.2026 11:26