NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda bayram günlərinin havası açıqlanıb

...

"Şərq qapısı" xəbər verir ki, bayram günlərində (mayın 27-28-29-da) muxtar respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Belə ki, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin 29-u axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. 
Havanın temperaturunun gecə 10-15, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Nəşr edilib : 26.05.2026 13:12