Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiy...
13:28 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
Şərur Rayon Mədəniyyət Sarayında 15 may – Beynəlxalq Ailə Günü münasibətilə “Azərbaycan ailəsi: sosial rifah və inkişaf” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda gənclərlə uzunömürlü ailələrin iştirakı baş tutub.
“Şərq qapısı” xəbər verir ki, Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova və Şərur Rayon Ağsaqqallar Şurasının üzvü Əvəz Nəcəfov çıxış edərək mövzunun əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, sağlam ailə sağlam cəmiyyətin, sağlam cəmiyyət isə güclü dövlətin formalaşmasının başlıca şərtidir.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ailə, qadın və uşaqların sosial müdafiəsi, sağlamlığının qorunması və təhsili istiqamətində mühüm dövlət proqramları və hüquqi sənədlər qəbul olunur.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial sahələrin inkişafı, ailə, qadın və uşaq məsələlərinin həlli istiqamətində mühüm layihələrin icrası nəzərdə tutulub.
Uzunömürlü ailələrin nümayəndələri Rafiq Abbasov və Məhərrəm Qədimov həyat təcrübələrindən söz açaraq gənclərə ailə dəyərlərinin qorunması, qarşılıqlı hörmət və etimadın vacibliyi ilə bağlı tövsiyələr veriblər.
Uzunömürlü ailələrin üzvlərinə komitə tərəfindən hədiyyə və gül buketi təqdim edilib.
Qeyd edək ki, sonda Ümummilli Lider Heydər Əliyevin zəngin irsini əks etdirən videoçarx nümayiş olunub.
Digər xəbərlər