NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda bəzi çaylardan sel keçəcəyi ehtimal olunur

...

Mayın 29-dan 31-i gündüzədək Naxçıvan Muxtar Respublikasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. 
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, yağıntının ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı etimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qərb küləyi əsəcək, küləyin sürəti 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25 m/s-dək güclənəcək.
Muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı düşəcək.

Nəşr edilib : 29.05.2026 10:19