NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası “Arpaçay” çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası FHN-nin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən  vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Nəşr edilib : 30.05.2026 21:41