NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda əsas kapitala 61 milyon manata yaxın investisiya yönəldilib

...

Cari ilin yanvar-aprel aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 60 milyon 892 min 900 manat investisiya yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu da bir il öncəki göstəricidən 23,1 faiz çoxdur. 

İnvestisiyanın 21 milyon 513 min 800 manatı və ya 35,3 faizi məhsul istehsalı sahələrinə, 10 milyon 596 min 100 manatı və ya 17,4 faizi xidmət sahələrinə, 28 milyon 783 min manatı və ya 47,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala investisiya qoyuluşunun 52 milyon 191 min 100 manatı və ya 85,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur.

Nəşr edilib : 15.05.2026 14:50