NAXÇIVAN :

11 May 2025, Bazar

Naxçıvanda “Heydər Əliyev irsinə sağlam töhfə” adlı tibbi aksiya keçirilib

...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İrsinə Sağlam Töhfə” adlı tibbi aksiya həyata keçirilib. Aksiya çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş peşəkar uzman-həkimlərin iştirakı ilə vətəndaşlara ixtisaslaşdırılmış tibbi xidmətlər göstərilib.
Aksiya zamanı Naxçıvan Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxov həkimlərlə görüş keçirərək onların fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətini vurğulayıb və gələcəkdə bu kimi təşəbbüslərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Tibbi aksiya çərçivəsində 650-dən çox vətəndaş müxtəlif ixtisaslar üzrə müayinə olunub, onlara müvafiq tibbi məsləhətlər və müalicə təklif olunub. Aksiya əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəşr edilib : 10.05.2025 16:44