NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 8 binada təşkil olunan imtahanlarda, ümumilikdə, 2411 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 29 rəhbər, 238 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 24.05.2026 13:03