Azərbaycan dili imtahanının birinci mərhələsinin n...
16:41 16.05.2025
0
0
0
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Xalq artisti Vasif Allahverdiyev və Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova çıxış edərək incəsənət xadimlərinin həyat və yaradıcılıqlarından bəhs edib. Vurğulayıb ki, mədəniyyət bəşər övladının yarandığı vaxtdan bəri yaratdığı və getdikcə təkmilləşdirdiyi maddi-mənəvi, ruhani, ideoloji, bədii-estetik və digər sərvətləri özündə ehtiva edir. Musiqini dinləmək, onu daxilən hiss etmək, duymaq, öz fikirlərini musiqi dilinə çevirmək ecazkar bir aləmdir.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestri, kamera orkestri və xor qrupunun müşaiyəti ilə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri – Zülfiqar Mahmudov, Ruhiyyə Hüseynova, Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə, Prezident mükafatçıları – Əfsanə Babayeva və İlkin Abdullayev, Ayan Tohidinin ifalarında “Zəfər himni”, “Ana torpaq”, “Milli marş”, “Azərbaycanım”, “Gözləyəcəm səni”, “Qarabağ balladası” və digər sevilən musiqilər təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər