Ceyhun Bayramov İstanbula səfər edib
09:10 08.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında mediaya açıqlama verib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən festival uğurla davam edir.
Azər Məmmədrəhimov qeyd edib ki, festival çərçivəsində universitetin, Təhsil Nazirliyinin, məktəblərin, STEAM mərkəzinin və fərdi startapçıların hazırladığı müxtəlif layihələr nümayiş olunur.
Onun sözlərinə görə, təqdim edilən layihələrin əsas istiqamətini “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun innovativ həllər təşkil edir. Layihələr arasında ağıllı avtobus dayanacaqları, marşrutların izlənməsi sistemləri, kənd təsərrüfatında torpaq analizləri, susuzluğun müəyyənləşdirilməsi, müasir suvarma sistemləri, müşahidə və monitorinq həlləri yer alır.
Festivalda, həmçinin yol infrastrukturuna dair layihələr, xüsusilə yol kəsişmələrinə nəzarət sistemləri iştirakçıların diqqətini cəlb edib.
Nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov vurğulayıb ki, festivalın bu tarixdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Eyni zamanda 17-22 may tarixlərdə Azərbaycanda WUF13 – Ümumdünya Şəhərsalma Forumu keçirilir.
Azər Məmmədrəhimov əlavə edib ki, “Ağıllı şəhər və ağıllı kənd” startap festivalının məhz 22 may tarixdə təşkili WUF13 çərçivəsində keçirilən tədbirlərə Naxçıvanın töhfəsi kimi qiymətləndirilir.
Digər xəbərlər