NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda keçirilən Startap Festivalında Naxçıvanın tarixi və mədəniyyətini əks etdirən poçt markaları nümayiş olunub

...

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı əsasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı keçirilir.
Festival dövlət qurumlarını, texnologiya şirkətlərini, innovasiya ekosistemi nümayəndələrini və startapları bir platformada bir araya gətirir.
“Şərq qapısı” xəbər verir ki, tədbir çərçivəsində Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi tərəfindən hazırlanmış poçt markalarının nümayişi də təşkil olunub. Nümayiş etdirilən markalar Naxçıvan Muxtar Respublikasının memarlıq abidələrini, milli-mədəni dəyərlərini, təbiətini, tarixi irsini və müxtəlif inkişaf istiqamətlərini əks etdirməklə onların tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Nəşr edilib : 22.05.2026 16:20