NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda magistraturaya qəbul imtahanının II cəhdi keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura qəbul imtahanının II cəhdi keçirilib.
“Şərq qapısı” xəbər verir ki, imtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb binalarında təşkil olunub. İmtahanda, ümumilikdə, 567 bakalavr iştirak edib. İmtahanın idarə olunmasına 6 imtahan rəhbəri və 55 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, saat 10:00-da başlayan imtahan 3 saat 30 dəqiqə davam edib.

Nəşr edilib : 17.05.2026 13:35