NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda magistraturaya qəbul imtahanının II cəhdi keçirilir

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyası magistraturalarına qəbul imtahanının II cəhdi keçirilir.
“Şərq qapısı” xəbər verir ki, imtahan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb binalarında təşkil olunur. İmtahanda, ümumilikdə, 567 bakalavr iştirak edir. İmtahanın idarə olunmasına 6 imtahan rəhbəri və 55 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, saat 10:00-da başlayan imtahan 3 saat 30 dəqiqə davam edəcək.

Nəşr edilib : 17.05.2026 09:45