NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

Naxçıvanda “Media-aktiv” layihəsinə start veriləcək

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə “Media-aktiv” layihəsinin icrasına başlanılır.  

8-18 iyul tarixlərini əhatə edəcək layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu, futzal, şahmat və stolüstü tennis yarışları təşkil ediləcək. Sonda isə mükafatlandırma tədbiri keçiriləcək. 

Layihə media nümayəndələri arasında sağlam və aktiv həyat tərzinin təbliği, dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, eyni zamanda milli mətbuatın 150 illiyinin birgə və mənalı şəkildə qeyd olunması məqsədi daşıyır.

Nəşr edilib : 30.06.2025 11:16