NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcək

...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.
Bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi və Notariat Ofisi 30-31 may tarixlərdə saat 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.
Muxtar respublikada fəaliyyət göstərən digər notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun olaraq fəaliyyət göstərəcəklər:
Babək rayon Notariat Ofisi – 29 may tarixdə saat 10:00-dan 13:00-dək;
Şərur rayon 2 saylı Notariat Ofisi – 29-30 may tarixlərdə saat 10:00-dan 13:00-dək;
Culfa rayon Notariat Ofisi – 27 may tarixdə saat 10:00-dan 13:00-dək;
Şahbuz rayon Notariat Ofisi – 29 may tarixdə saat 10:00-dan 13:00-dək;
Kəngərli rayon Notariat Ofisi – 29 may tarixdə saat 10:00-dan 13:00-dək.
Vətəndaşlar göstərilən tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.

Nəşr edilib : 26.05.2026 16:11