NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda Qurban bayramı münasibətilə bayram namazı qılınıb

...

Naxçıvan Muxtar Respublikasında Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
"Şərq qapısı" xəbər verir ki, bayram namazı Naxçıvan şəhərindəki Heydər məscid kompleksində, həmçinin muxtar respublikanın rayon və kənd məscidlərində qılınıb.
Yüzlərlə muxtar respublika sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Nəşr edilib : 27.05.2026 09:25