NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə imtahan keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə imtahan keçirilib.
“Şərq qapısı” xəbər verir ki, əvvəlki illərin məzunları üçün təşkil olunan imtahan Naxçıvan şəhər 17 nömrəli tam orta məktəb və Heydər Əliyev adına tam orta məktəb binalarında keçirilib. İmtahanda, ümumilikdə, 619 namizəd iştirak edib. İmtahanın idarə olunmasına 8 imtahan rəhbəri və 66 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, saat 10:00-da başlayan imtahan 3 saat davam edib.

Nəşr edilib : 17.05.2026 13:00