NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə imtahan keçirilir

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə imtahan keçirilir.
“Şərq qapısı” xəbər verir ki, imtahan Naxçıvan şəhər 17 nömrəli tam orta məktəb və Heydər Əliyev adına tam orta məktəb binalarında keçirilir. İmtahanda, ümumilikdə, 619 namizəd iştirak edir. İmtahanın idarə olunmasına 8 imtahan rəhbəri və 66 nəzarətçi cəlb olunub.
Qeyd edək ki, saat 10:00-da başlanacaq imtahan 3 saat davam edəcək.

Nəşr edilib : 17.05.2026 09:30