NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Naxçıvanın xarici ticarət dövriyyəsində artım 18 faizdən çox olub

...

Cari ilin yanvar-aprel aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 47 milyon 119 min 220 ABŞ dolları təşkil edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, ticarət dövriyyəsinin 4 milyon 515 min 980 dollarını və ya 9,6 faizini ixrac olunmuş məhsulların, 42 milyon 603 min 240 dollarını və ya 90,4 faizini isə idxal məhsullarının dəyəri təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 18,4 faiz, o cümlədən idxal 16,9 faiz, ixrac isə 35,5 faiz artıb.

Nəşr edilib : 15.05.2026 15:27