FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
29-30 may tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən 2011-2012-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə ölkə birinciliyi keçirilib. "Şərq qapısı" xəbər verir ki, birincilik çərçivəsində 100, 200, 400, 800 və 1500 metr məsafələr üzrə qaçış, 4x100 metr estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışları keçirilib.
Yarışda Naxçıvandan 1 məşqçi və 2 idmançı iştirak edib. Onlardan biri mükafatçılar sırasına düşüb.
Aysel Hüseynova 2011-2012-ci illər təvəllüdlü atletlər arasında 800 metr məsafəyə qaçış üzrə ikinci olub. Bu məsafədə 2:48.85 nəticə göstərən idmançı diplom və gümüş medalla mükafatlandırılıb.
Digər xəbərlər