FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 ...
10:05 08.06.2026
0
0
0
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında ən yüksək nəticəni göstərən şagirdlərdən biri də Naxçıvan şəhərində yerləşən 14 nömrəli tam orta məktəbin şagirdi Əli Cəfərli olub. O, buraxılış imtahanında 300 bal toplayaraq respublika üzrə maksimum nəticəyə imza atıb.
“Şərq qapısı” qəzeti olaraq Cəfərli Əli Nazim oğlu ilə həmsöhbət olduq.
Əli qazandığı nəticəni böyük sevinc və qürurla qarşıladığını bildirib. O, uzun müddət zəhmət çəkdiyini və bu əziyyətin bəhrəsini görməyin onu çox sevindirdiyini qeyd edib.
İmtahandan sonra cavablarını yoxladığını və bütün qapalı sualları düzgün cavablandırdığını bilən Əli yüksək nəticə gözlədiyini vurğulayıb.
Əli gələcəkdə xaricdə təhsil alaraq ölkəsini təmsil etməyi hədəflədiyini bildirib.
Digər xəbərlər