NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Nazir: Yeni sistem vətəndaşların sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək

...

“Tibbi Rəqəmsal Əkiz Sistemi” vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, yeni sistem vətəndaşların peyvənd, müayinə nəticələri və resept kimi sağlamlıq göstəricilərinin vahid elektron reyestrdə saxlanılmasını təmin edəcək.

“Məlumatların mərkəzləşdirilməsi süni intellekt vasitəsilə dərin təhlil aparmağa, əhalinin sağlamlığını proqnozlaşdırmağa və gələcək strategiyalar hazırlamağa imkan verəcək”,- deyə nazir əlavə edib.

Nəşr edilib : 03.06.2026 11:39