FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş I Beynəlxalq Mədəni İrs və Dayanıqlı Turizm Konfransı (ICCHST – Naxçıvan 2026) baş tutub.
"Şərq qapısı" xəbər verir ki, NDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransa Azərbaycan, Türkiyə, Macarıstan və Özbəkistandan universitetlər tərəfdaşlıq edib.
Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, daha sonra universitetdə memarlıq, əl işləri və rəsm sərgilərinə baxış keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb.
NDU-nun rektoru Elbrus İsayev çıxışında tədbirin əsas məqsədinin mədəni irsin qorunması, dayanıqlı turizmin inkişafı və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi olduğunu bildirib. Çıxışlarda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin əhəmiyyətindən, turizm və mədəni irs sahəsində innovativ yanaşmalardan bəhs olunub.
Konfrans çərçivəsində 6 istiqamət üzrə 17 bölmədə 40-a yaxın elm və təhsil müəssisəsindən 212 tədqiqatçının 156 məruzəsi dinlənilib.
Tədbir “Sazın sədası” adlı konsert proqramı ilə davam edib.
Digər xəbərlər