FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Uşaq Teatrının birgə təşkilatçılığı ilə “İdeal kimdir?!” adlı psixoloji satirik tragikomediya təqdim olunub.
“Şərq qapısı” xəbər verir ki, rejissor və təcrübə rəhbəri Nurbəniz Niftəliyevanın quruluşunda hazırlanan tamaşa Naxçıvan Dövlət Universitetinin Aktyor sənəti ixtisasının IV kurs təcrübəçi tələbələri və Naxçıvan Dövlət Uşaq Teatrının aktyorlarının iştirakı ilə səhnələşdirilib. “İdeal kimdir?!” tamaşası müasir insan münasibətləri, gənclərin ideal insan axtarışı və dəyişən həyat şərtləri fonunda insan psixologiyasını araşdıran psixoloji tragikomediyadır. Tamaşada üç fərqli xarakterə malik gənc qızın – romantik düşüncəli Leylanın, praqmatik və maddiyyata önəm verən Saranın, macəraçı ruhlu Mirayın “ideal insan” anlayışı üzərindən həyata baxışları təqdim olunur. Onların qarşısına çıxan Orxan obrazı isə, əslində, ideal yox, real insan anlayışını ortaya qoyur.
Səhnə əsəri tamaşaçı qarşısında “Əgər insan dəyişəcəksə, bəs ideal nədir?” sualını qoyur.
Məlumat üçün bildirək ki, tamaşada həm yumor, həm psixoloji gərginlik, həm də düşündürücü məqamlar bir arada təqdim olunub.
Qeyd edək ki, tamaşanın sonunda münsiflər heyəti tərəfindən səhnə əsəri dəyərləndirilib, tələbələrin aktyor oyunu və səhnə bacarıqları ilə bağlı fikirlər səsləndirilib.
Digər xəbərlər