FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
Sağlamlıq imkanlarının məhdud olmasına baxmayaraq, daxilindəki böyük güc, təhsilə olan həvəs və sənət sevgisi ilə hər kəsə örnək olan Şəmsiyyə Ələkbərova 7 aprel 2014-cü ildə Naxçıvan şəhərində anadan olub. Şəmsiyyə hazırda həm orta təhsilini, həm də incəsənət yolundakı addımlarını böyük bir əzmlə paralel şəkildə davam etdirir. O, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 6-cı sinfində oxuyur, dərslərinə olan məsuliyyəti və çalışqanlığı ilə seçilir. Şəmsiyyə, eyni zamanda 2 nömrəli Uşaq Musiqi və İncəsənət Məktəbində skripka aləti üzrə təhsil alan çox istedadlı bir şagirddir. Skripkanın incə və çətin notlarına böyük bir sevgi ilə yiyələnən bu balacanın dünyası təkcə musiqi ilə də bitmir.
Şəmsiyyə, həmçinin rəsm çəkməyi çox sevir, daxili dünyasını, xəyallarını rənglərin dili ilə ağ vərəqlərə köçürür və eyni zamanda böyük bir coşqu ilə rəqslə məşğul olur. Onun həm məktəb həyatında göstərdiyi bu böyük məsuliyyət, həm də incəsənətin müxtəlif sahələrindəki çoxşaxəli istedadı artıq öz bəhrələrini verməkdədir. Şəmsiyyənin qazandığı diplom və təşəkkürnamələr onun qazandığı uğurların ən gözəl sübutudur.
O, həyata sıx bağlılığı ilə bizə bir daha göstərir ki, daxildəki istedadın, təhsil eşqinin və yaşamaq sevincinin qarşısında heç bir fiziki məhdudiyyət sədd çəkə bilməz.
Səmayə RƏSULOVA
Digər xəbərlər