Bu gün Türkiyə Kubokunun final oyunu keçirilib
23:52 14.05.2025
0
0
0
NAXÇIVAN :
15 May 2025, Cümə axşamı
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən şəhid ailələrinin və müharibə əlillərinin mənzil və fərdi evlərlə təmin olunması prosesi 2030-cu ilədək mərhələli şəkildə davam etdiriləcək. Bu qərar dövlətin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğının davamlı xarakter daşıdığını bir daha təsdiq edir. Biz də bu kateqoriyadan olan insanlarla əlaqə saxlayıb fikirlərini öyrəndik. Vətən müharibəsi iştirakçısı, qazi Ceyhun Davıdov bildirdi ki, qazi olaraq, ilk növbədə, bu xəbər hər birini çox sevindirib. Bu Sərəncam həm sosial ədalət prinsipinə, həm də dövlətin vətəndaş qarşısında məsuliyyətinə əsaslanır. Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələri və sağlamlığını itirmiş müharibə iştirakçıları dövlətin daim diqqətindədir. Məhz bu qayğının bir nümunəsi olaraq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamına etdiyi dəyişiklik çox mühüm bir addımdır. Mənzil təminatı kimi həssas və mühüm sosial məsələnin bu şəkildə uzunmüddətli strategiyaya daxil edilməsi təqdirəlayiqdir.
"Güclü Azərbaycan Ordusu, məhz dövlətimizin bu prinsipial mövqeyi sayəsində daha da inkişaf edir və onun hər bir əsgəri, hərbçisi, qazisi daim diqqət mərkəzində saxlanılır.
Bu fürsətdən istifadə edərək cənab Prezidentə, dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Biz qazilər bu qayğını hiss edirik və hər zaman ölkəmizin inkişafına töhfə verməyə hazırıq.
Ümidvarıq ki, mənzillə təmin olunmaq üçün gözləyən bütün şəhid ailələri və müharibə əlilləri tezliklə mənzillə təmin ediləcək", –deyə Ceyhun Davıdov qeyd etdi.
Bülbül Quliyeva
Digər xəbərlər