NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 1-7-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan  bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 48, tankəleyhinə 101 mina və 412 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1545,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 08.06.2026 10:53