NAXÇIVAN :

30 Iyun 2025, Bazar ertəsi

Qazaxıstan hərbi nümayəndələri NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar

...

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin Müdafiə nazirliklərinin əməkdaşları arasında görüş keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə qazaxıstanlı qonaqlara Azərbaycan Ordusunda Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı, təhsil sistemində aparılmış islahatlar, müdafiə planlaşdırılması çərçivəsində planlama, proqramlaşdırma, büdcələşdirmə sisteminin tətbiqi ilə bağlı brifinq təqdim olunub.

Sonra qonaqlar ƏİK taborunda NATO standartlarının Azərbaycan Ordusunda tətbiqi ilə tanış olublar. Nümayəndə heyətinə ƏİK bölmələri haqqında brifinq təqdim olunub, qonaqlar silah və texnikayla tanış olublar.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 30.06.2025 12:29