NAXÇIVAN :

08 Iyun 2026, Bazar ertəsi

“Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib

...

18 iyun – İnsan Hüquqları Günü ilə əlaqədar keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Culfa şəhər 3 nömrəli tam orta məktəbdə “Qohum və erkən nikahların yaratdığı fəsadlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Şərq qapısı”na bildirilib ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə çıxış edərək qohum və erkən nikahların cəmiyyət üçün ciddi sosial və sağlamlıq problemləri yarada biləcəyini vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova və Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Vüqarə Rzayeva mövzuyla bağlı bildiriblər ki, erkən yaşda qurulan ailələrdə məsuliyyətin tam dərk olunmaması ailədaxili problemlərin artmasına yol açır. Qohum nikahları isə ailə münasibətlərində gərginlik və münaqişə riskini yüksəldir.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam etdirilib, iştirakçılar arasında sorğu keçirilib, mövzu ilə əlaqədar broşürlər paylanılıb və maarifləndirici posterlər məktəbin elan lövhələrində yerləşdirilib.

Nəşr edilib : 04.06.2026 14:09