FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
NAXÇIVAN :
08 Iyun 2026, Bazar ertəsi
"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2022-ci il dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə müəyyənləşdirdiyi tapşırıqlar və qayıdış konsepsiyası, əsasən, elmi ictimaiyyət qarşısında mühüm vəzifələr formalaşdırdı. Bu görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir dövrün başlandığını xəbər verdi. Dövlətimizin başçısı soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev III "Qərbi Azərbaycana qayıdış" festival-konqresi ilə bağlı media üçün brifinqdə deyib.
Rektor qeyd edib ki, bu strateji yanaşmalar “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin ideya əsasını təşkil edir və tədbirin elmi-mədəni istiqamətlərinin formalaşdırılmasına əsaslı zəmin yaradır. Festival-konqresin əsas məqsədi Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı mədəniyyəti təbliğ etməklə yanaşı, Qərbi Azərbaycana sülh yolu ilə qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etməkdən ibarətdir.
"Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının müdafiəsi, milli yaddaşın qorunması və tarixi ədalətin beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərə töhfə verməyi hədəfləyir", – deyə Elbrus İsayev əlavə edib.
Digər xəbərlər