FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəti...
22:04 07.06.2026
0
0
0
"Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə III “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək. Birincisi, Naxçıvan şəhərində, ikincisi, Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin növbəti mərhələsi bu dəfə Ordubad rayonunda təşkil olunacaq".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev III "Qərbi Azərbaycana qayıdış" festival-konqresi ilə bağlı media üçün brifinqdə deyib.
Rektor qeyd edib ki, əvvəlki illərdə keçirilən konfrans və elmi sessiyalar bu sahədə mühüm elmi baza formalaşdırıb, yeni tədqiqat istiqamətlərinin yaranmasına şərait yaradıb. Həmin tədbirlər həm akademik, həm də mədəni mühitdə geniş maraq doğurub. Bu mövzuda keçirilən ilk iki konfransda ölkəmizin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə və digər ölkələrin universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gəlib, Qərbi Azərbaycanla bağlı elmi yenilikləri dinləyib, fikir mübadiləsi aparıblar və bir sıra yeni elmi qənaətlərə gəliblər. Ümumilikdə, “Qərbi Azərbaycana qayıdış” festival-konqresi müxtəlif formatlarda 20 min nəfərdən çox iştirakçıya çatıb.
Digər xəbərlər